Modern.az

Bakıda güclü yanğın söndürülüb - VİDEO  

Bakıda güclü yanğın söndürülüb - VİDEO   

Aktual

21 Sentyabr 2018, 13:04

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları  yanıb. Yanğın söndürülüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.​

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü