Modern.az

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

21 Sentyabr 2018, 17:33

Tanzaniyada bərə qəzasında ölənlərin sayı 114-ə çatıb.

 

XXX

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, sərnişin bərəsinin Viktoriya gölündə aşması nəticəsində ölənlərin sayı 86-ya çatıb.

 

Gəminin qəzadan əvvəl limanın cəmi 50 metrliyində olduğu bildirilir.

Yerli rəsmilərin məlumatına görə bərənin yük götürmə qabiliyyəti 100 nəfər və 25 ton yük üçün nəzərdə tutulub. Qəza zamanı isə gəmidə 400 nəfər olduğu qeyd edilir.

 

Xilasedicilər indiyə kimi 37 nəfərin həyatını qurtara biliblər.

Hazırda xilasetmə işləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...