Modern.az

Türkiyə İsrailə görə dünyaya səsləndi

Türkiyə İsrailə görə dünyaya səsləndi

30 Sentyabr 2018, 22:40

Türkiyə Xarici İşlər Nazirliyi yazılı şərhdə İsrailin təhlükəsizlik qüvvələri tərəfindən Qəzzadakı günahsız vətəndaşlara qarşı 7 adamın ölümünə, 500-dən çox  Fələstinlinin yaralanmasına səbəb olan həddindən artıq və nisbətsiz güc tətbiqini qətiyyətlə pislədiyini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, şərhdə, həmçinin, bildirilir ki, Beynəlxalq cəmiyyətin məsuliyyət sahibi bütün üzvlərini İsrail təhlükəsizlik qüvvələrinin törətdiyi cinayətlərinə görə hesab verməsinin təmin edilməsi və gələcəkdə bu cür hücumların təkrarlanmasına maneə olması barəsində israrçı olmağa dəvət edirik.

 

Türkiyə, bu mövzunun beynəlxalq platformalarda təqibçisi olmağa, Fələstin Dövlətinin və xalqının yanında dayanmağa davam edəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir