16 fevral 2019, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Eks-spiker: “Həyat yoldaşım əsəbiləşəndə deyir ki, o boyda vəzifələrdə oldun, özünə bir gün ağlamadın” - MÜSAHİBƏ
Eks-spiker: “Həyat yoldaşım əsəbiləşəndə deyir ki, o boyda vəzifələrdə oldun, özünə bir gün ağlamadın” - MÜSAHİBƏ
04.10.2018, 08:35

Yaqub Məmmədov: “Cavan, amma yaltaq və ikiüzlü deputatlardansa, özünü ağsaqqal kimi apara bilən yaşlı deputat yaxşıdır”


1992-ci ildə Azərbaycan parlamentinin (ovaxtkı Ali Sovet) sədri olmuş, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Yaqub müəllim, uzun illər  ictimai sferada tanınmış şəxslərdən olmusunuz. Ən çətin dönəmlərdə sizin adınıza rast gəlmişik. Maşallah, hələ də çalışırsınız. İllərin bəxş etdiyi yorğunluq varmı?

 - Qətiyyən! Nə yorulmuşam, nə də işimdən əl çəkmişəm. Heç əl çəkmək fikrim də yoxdur. Allah nə qədər ömür veribsə, gərək o qədər də işləyəsən. Çalışıb nəsə etmək lazımdır. Sadəcə, işlədiyin kollektivə yük olmamalısan. Təbii, yaşa dolduqca, fiziki imkanlar da məhdudlaşır, iş qabiliyyətin də azalır. Ancaq çalışmaq lazımdır ki, vətənə öz borcunu verəsən. Mən də çalışıram ki, öz borcumu verim.

- Hansı məmur, nazir yaxud da deputat 70 yaşını keçibsə, hələ də vəzifədə oturubsa, ona münasibət birmənalı olmur. “Bəsdir, get dincəl” deyirlər.  Bu cür iradlarla razısınızmı?

- O cür irad bildirənlər həm haqlıdırlar, həm də yox. Doğrudur, gənclərə özlərini təsdiq etmək üçün imkan yaratmaq lazımdır. Gənclərin dünyagörüşü yaşlılardan çox fərqlidir. Yeniliklər olmalıdır. Amma digər tərəfdən isə yaşlıları kənara qoymaq, onları işdən, vəzifədən ayırmaq düzgün deyil. Yaşlı insanların təcrübəsi olduğu qədər biliyi də var. Sözsüz ki, çoxluq gənclərə verilməlidir. Parlamentə gəlincə, orada yaşlı deputat da təmsil olunmalıdır. Əsas odur ki, o deputat xalqın, dövlətin mənafeyinə xidmət etməyi bacarsın. Parlamentdə cavan, amma yaltaq və ikiüzlü deputatlardansa, özünü ağsaqqal kimi apara bilən, söz sahibi olan yaşlı deputatlar təmsil olunsa yaxşıdır. Çünki yaşlı deputatlar həyatda çox hadisələrlə üzləşiblər. Yaxşını da, pisi də, xəyanəti də, düzgünlüyü də görüblər. Yoxsa ki, “bu deputat 70 yaşını keçib, onu arxivə atmaq lazımdır” demək doğru deyil. Eyni zamanda, ağıllı gənclərə də mütləq yer verilməlidir.

 

- Bəzən deyirlər ki, insana həyat yoldaşı qocalanda lazımdır. Siz necə düşünürsünüz?

- Həyat yoldaşı insana hər yaşda lazımdır. Sədaqətli, etibarlı həyat yoldaşının olması çox vacibdir.Ailədə, cəmiyyətdə, hətta kişinin kişi olmasında qadın arxadır, dayaqdır. Amma yaşa dolduqca, qadına ehtiyac daha da çoxalır. İmkanlar məhdudlaşdıqca, qadının qayğısı, diqqəti daha çox hiss olunur. Cavanlıqda çox söhbətlər olur, amma yaşa dolduqca, insan ağıllanır.

- Bir qisim gənclər var ki, ailə qurmağın o qədər də vacib olmadığını düşünür.

- Çox yanlış düşüncədir. İndiki bəzi gənclər ailəyə elə-belə yanaşırlar. Qərb modelinə üstünlük verirlər. Ancaq bizim də öz mental dəyərlərimiz var. Əcdadlarımızdan bizə ailə dəyərləri əmanət qalıb. İndiki gənclərimiz bunu anlamalıdır. Uşaqların düzgün tərbiyəsində, onların böyüməsində qadınların 70% payı var. Ona görə də ailəyə dırnaqarası yanaşılmamalıdır.

- Siz tibb sahəsində tanınmış akademiksiniz. Tibb sahəsini seçməniz necə baş verdi? Öncədən həvəsiniz vardımı?

- Düzünü deyəcəm. Orta məktəbi bitirəndən sonra həkim olmaq istəmirdim. Arzum mühəndis olmaq idi. Politexnik İnstitutunda oxumaq istəyirdim. Ancaq böyük qardaşım Tibb Universitetində oxuyurdu. Üstəlik atam sənətkar idi. Qabar olmuş əllərini mənə göstərib dedi ki, “Oğul, mənim əllərimə bax!.. Qardaşının yolu ilə get. Həkimlik çox yaxşı peşədir”. Mən də tibb sahəsinə onların məsləhəti ilə gəldim.

- Əslində, sualı verməkdə məqsədim başqadır. Siz tibb sahəsini seçsəniz də, ictimai-siyasi fəaliyyətinizlə daha çox yadda qaldınız.

- Amma əvvəldən siyasətə gəlmək fikrim olmayıb. Tale elə gətirdi ki, mən siyasətlə də məşğul oldum. Hətta 10 il Tibb Universitetinin rektoru işlədim. Orta məktəbdə oxuyanda məni nümunəvi şagird kimi sinif rəhbəri seçiblər. Həmişə məktəbin ictimai işlərində fəal iştirak etmişəm. İnstitutda oxuyanda da bu aktivlik davam edib. Yaxşı idmançı olmuşam. Rayon voleybol yığma komandasının üzvü seçilmişəm. Yarışlara da qatılmışam. İnstituta daxil olandan sonra Kommunist Partiyasına qəbul olundum. Sentyabrın 25-26-sı olardı. Məni həmkarlar təşkilatına seçdilər. Heç bu təşkilatın nə olduğunu da bilmirdim. Kənddə həmkarlar təşkilatı olmurdu. Daha sonra fakultənin həmkarlar təşkilatına sədr seçdilər. Beləliklə, ictimai fəaliyyətə başladım. O zamanlar tələbələri Kommunist Partiyasına üzv qəbul etmirdilər. Az hallarda ən nümunəvi tələbələri qəbul edirdilər. İnstitutun 4-cü kursunda məni ictimai fəaliyyətimə görə partiyaya qəbul etdilər. Son nəticədə isə Ali Sovetin sədri oldum. Siyasi fəaliyyətim instituta qədəm qoyduğum gündən son vaxtlara qədər gəlib çıxdı.

- Səhv etmirəmsə, bəzi silahdaşlarınız sizi heç vaxt siyasətçi kimi qəbul etmədi. Adınızı siyasətə təsadüfi gələnlər siyahısına daxil etmişdilər.

- Yadımdadır, bəzi jurnalistlər də mənə sataşaraq yazırdılar ki, “bu hardan çıxdı?!”. Eyni zamanda, heç vaxt böyük siyasətin iddiaçısı olmamışam. Amma Ali Sovetin sədri seçilən kimi hərə bir tərəfdən üstümə düşdü. Halbuki, deputat kimi çox fəal olmuşdum.

- Ali Sovetin sədrinin prezident seçilmək şansı da ola bilərdi.

- Ali Sovetdə 350 nəfər deputat vardı. O deputatlardan çoxunun ürəyindən keçirdi ki, Ali Sovetin sədri olsun. Hətta mən ora seçiləndə həvəssiz seçilmişdim. Məni Ali Sovetin sədri olaraq elə həmin deputatlar seçmişdi. Bir nəfər də olsun, etiraz etməmişdi. Müxalifətli-iqtidarlı hamısı yekdilliklə seçilməyimə səs vermişdi. Yeganə adamam ki, yekdilliklə seçilmişəm.

- Niyə məhz yekdilliklə hamı sizə səs vermişdi?

- Deyə bilmərəm ki, niyə mənə səs veriblər. Bir onu bilirəm ki, həm universitetdəki, həm də Ali Sovetdəki fəaliyyətimə görə seçmişdilər. Çünki mənim üçün iqtidar-müxalifət söhbəti olmayıb. İqtidar da, müxalifət də bizimkidir. Həmişə milli maraqlara önəm vermişəm. Məni düşündürən xalqın, dövlətin maraqları olub.

- Zaman elə gətirdi ki, qısa müddətə də prezidentin səlahiyyətlərini icra etdiniz.

- O zaman prezident Ayaz Mütəllibov istefa verdi. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərini icra etmək Ali Sovetin ixtiyarına keçirdi. Prezident səlahiyyətlərini icra edərkən məni qısqananlar daha çox oldu. O vaxtkı başlanan mitinqlər hakimiyyət məsələsinə görə idi. O zamanlar onlar istəməzdi ki, mənim kimi bir adam hakimiyyətə ortaq olsun.


- Prezident səlahiyyətlərini icra edərkən belə söhbətlər gəzirdi ki,  prezident olmaq iddiasına düşmüsünüz...

- Boş söhbətlərdir...

- Amma səlahiyyətləri icra edən şəxsin prezident iddiasına düşməsində qəbahət yoxdu axı?

- Siz bunu düz başa düşürsüz. Bəziləri  başa düşmək istəmirlər ki, necə ola bilər, prezidentin səlahiyyətlərini icra edəsən, amma prezident olmaq iddiasında olmayasan! Adama deməzlər ki, “bəs niyə orda oturmusan?!”. Ona görə də məni daha çox tənqid etdilər, şər-böhtan atdılar. Amma bir şeyi də deyim. Prezidentliyə namizədliyimi könüllü vermək fikrim olmayıb. Sadəcə, ətrafımda olanlar dedi ki, “burada otura-otura niyə namizədliyini verməyəsən?! Yoxsa burda otura bilməzsən!”. Bilirsiz ki, o dövr elə idi ki, prezident olmaq da sıradan məsələ deyildi.

- Bugünkü müxalifəti izləyirsinizmi? Fəaliyyətləri sizi qane edirmi?

- Bugünkü müxalifətin nə fəaliyyəti var?!. 25 ildir ki, hakimiyyətdən gediblər. Nə edə biliblər ki?! Fikir verin: o vaxt Xalq Cəbhəsinin başında dayananların bəziləri bu gün Milli Məclisdə oturur.

- Milli Məclisdə bəzi deputatlar var ki, müstəqilliyin əleyhinə səs veriblər. Amma bu gün də Milli Məclisdə təmsil olunurlar. Sizin bu barədə düşüncələriniz necədir?

- Xeyr, səhviniz var. Müstəqilliyimizə hamı yekdilliklə səs verib. 1991-ci ilin 18 oktyabrında hamı müstəqilliyə səs verərək Müstəqillik Aktını qəbul ediblər. Siz dediyiniz məsələ keçmiş SSRİ-nin saxlanılması ilə bağlı idi.

- Arif Rəhimzadə, Zeynəb Xanlarova, Madər Musayev, Eldar İbrahimov... Bu deputatların adı hər il 18 oktyabrda gündəmə gətirilir.


- İddia olunur ki, guya 350 deputatın 43-ü müstəqilliyin lehinə səs verib!.. Amma əslində onlar 43 nəfərdən başqa hamısı SSRİ-nin saxlanmasına səs verib. Ümumiyyətlə, o zamanlar təkcə Azərbaycanda yox, digər respublikalarda da əhalinin 70-80%-i  SSRİ-nin saxlanmasına səs vermişdi. O dövrdə SSRİ-yə rəhbərlik edən adamları bu gün günahlandırırlar. Zeynəb Xanlarova da SSRİ xalq artisti idi. Ona görə də o, SSRİ-nin saxlanmasına səs verməli idi... 1991-ci ilin martında Referendum keçirildi, o zaman SSRİ-nin saxlanıb-saxlanmaması gündəmə gəlmişdi. Müstəqillik Aktı isə 1991-ci ilin oktyabrında qəbul olunub. Sadəcə, hadisələrin üzərindən xeyli vaxt keçib. Bəzi adamlar isə prosesləri bilmir deyə, özünə sərf edən şəkildə danışır.

- Bir zamanlar sizinlə Milli Məclisdə təmsil olunmuş şəxslərin bəziləri bu gün də parlamentdədirlər. Ziyad Səmədzadə, Arif Rəhimzadə, Eldar İbrahimov, Zeynəb Xanlarova, Madər Musayev...  Onları ayrı-ayrılıqda xarakterizə edə bilərsiniz?

- Madər Musayev danışan deputat deyil. Səsini eşidib təkliflərinə rast gəlməmişəm. Amma münasibətimiz həmişə yaxşı olub.

- Ziyad Səmədzadə ilə Milli Məclisdə bir şəklinizi xatırlayıram. İndi münasibətiniz necədir?

- Mən spiker olanda Ziyad Səmədzadə müavinim idi. Həmişə yaxşı münasibətdə olmuşuq. Əslində, mənim hamı ilə yaxşı münasibətim olub. Gərginlik yaşamamışam. Ali Sovetdən getməyimdə də onların rolu olmayıb. Arif Rəhimzadə isə Heydər Əliyevin hakimiyyətə gəlməsində çox aktiv iştirak edib.

- Bəs Eldar İbrahimovu necə xatırlayırsınız?

-Çox yaxşı. Eldar müəllim, sizin əyləşdiyiniz yerdə o qədər oturub ki! Çünki çox yaxşı münasibətlərimiz olub. Amma son vaxtlarda nədənsə mənə salam vermir. Məni görəndə üzünü çevirib gedir. Səbəbini də bilmirəm.

- YAP-ın yaradılmasında əməyiniz olsa da, məşhur “91-lər”in arasında sizin adınız yoxdur.

- O vaxt Baş Prokurorluq məni nəzarətə götürmüşdü ki, siyasətlə məşğul olmayım. O zamankı  Baş prokurorun  müavini   İbrahim Fatıyev cəbhəçilərin əli ilə mənə xəbərdarlıq etmişdi. Rəsmi xəbərdarlıq da o idi ki, mənim siyasətlə məşğul olmağım ictimai-siyasi vəziyyəti gərginləşdirir.

- Səbəb nə idi?

- Hər halda qısqanclıqdan irəli gəlirdi. Mənim aktiv siyasətlə məşğul olmağımı nə o vaxtkılar, nə də indikilər istəyib. Neçə dəfə Milli Məclisə deputat seçildim, amma məni buraxmadılar. 2010-cu ildə deputatlığa namizədliyimi təklif etsələr də, özüm imtina etdim. Bundan sonra isə heç istəmərəm.

- 1990-cı illər ağır dövr idi. Azərbaycanda böhran hökm sürürdü. Ölkənin çətin iqtisadi durumunda sizi “dollar Yaqub” kimi qələmə vermişdilər.

- Özlərindən söz düzəltmişdilər də. Heç o vaxt dollar vardı ki?! Mən dolların üzünü belə görməmişdim. Bunu qəsdən ortaya atmışdılar. Çünki SSRİ dövründə dollar olmayıb. Bir dəfə Mütəllibovun zamanında nümayəndə heyəti ilə Türkiyəyə getmişdik. O zaman Türkiyənin Milli Bankından hərəmizə 170 dollar verilmişdi. Orada Rusiya rublu işləmirdi. Bizə də orda istifadə etməyimiz üçün dollar verilmişdi.


- Nümayəndə heyətinin tərkibində kimlər vardı?

- Çox adam vardı. Eldar Salayev, Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova və sairə. 1992-ci ilin yanvarı idi. Məhz dolları da həmin vaxt görmüşdüm.

- İndi bəzi məmurlar üçün dollar heç nədir. Hər yerdə bir villa ucaldıblar. Yeri gəlmişkən,  sizin hər hansı biznesiniz yoxdur ki?!

- Vallah nə mənim, nə də övladlarımın biznesi var. Nəyə lazımdı axı, millətin pulunu cibə doldurmaq... O qədər bu cür nümunələr var ki! Vəzifə başında olanda o qədər var-dövlət yığırlar ki, axırda da xalqın gözündən düşürlər.Həmişə bu cür faktları oxuyanda düşünürəm ki, axı niyə insan vəzifədə olarkən ancaq özünü düşünməlidir?! Səni vəzifəyə təyin etməyiblər ki, ancaq nəslin üçün var-dövlət yığasan... O boyda vəzifələrdə çalışdım, bir dəfə də olsun özümə ev almadım. İndi də anamın adına olan evdə yaşayıram. Halbuki, vəzifədə olarkən yüzlərlə adama ev vermişəm. Arada həyat yoldaşım əsəbiləşəndə deyir ki, “o boyda vəzifələrdə oldun. Heç özünə bir gün ağlamadın”. Nə yaxşı ki, etmədim. Hər yerdə villa ucaltmağın uğurlu sonu olmur. Adamı daş-qalaq edib cəmiyyətdən uzaqlaşdırırlar. İnsan içinə çıxmağa üz də qalmır.

- Keçmiş kolleqanız Əli İnsanov hələ də vəzifə başında olarkən yığdıqlarının hesabını verir...

- Bu bizim toxunacağımız məsələ deyil. Hər halda, Əli İnsanov alim kimi, həkim kimi daha çox lazım idi. Gərək səhv etməyəydi!.. Nə deyə bilərəm ki! Allah qapısını açsın. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Nofəl Bağırov
04.10.2018, 10:25

Çox hörmətli Yaqub Məmmədov haqqında yalnız bunu demək mümkündür: KİŞİ ADAMDIR.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
16.02.2019, 17:30

Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu

Bakıda silahlı şəxs saxlanıldı
16.02.2019, 17:16

Bakıda silahlı şəxs saxlanıldı

DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR 
16.02.2019, 17:14

DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR 

Alimsayağı sual
16.02.2019, 16:54

Alimsayağı sual

Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16.02.2019, 16:51

Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
16.02.2019, 16:41

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb

Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı   
16.02.2019, 16:04

Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı  

Astarada 5 uşaq atası intihar etdi
16.02.2019, 15:55

Astarada 5 uşaq atası intihar etdi

Yol polisi avtobus sürücüsün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16.02.2019, 15:49

Yol polisi avtobus sürücüsün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ

Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
16.02.2019, 15:31

Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16.02.2019, 15:29

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev

Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
16.02.2019, 15:24

Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi

Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
16.02.2019, 15:22

Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi

Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16.02.2019, 15:01

Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi 
16.02.2019, 14:51

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi 

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
16.02.2019, 14:25

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
16.02.2019, 14:18

Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
16.02.2019, 14:12

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
16.02.2019, 13:49

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
16.02.2019, 13:20

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır

İraq İrana neft ixracatını dayandırıb
16.02.2019, 13:03

İraq İrana neft ixracatını dayandırıb

Gimnastımız Dünya Kubokunun finalına çıxdı
16.02.2019, 12:48

Gimnastımız Dünya Kubokunun finalına çıx

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
16.02.2019, 12:35

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16.02.2019, 12:15

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

Vida günü deyə bilmədiklərim...
16.02.2019, 12:00

Vida günü deyə bilmədiklərim...

Baş redaktora ağır itki üz verdi
16.02.2019, 11:41

Baş redaktora ağır itki üz verdi

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16.02.2019, 11:28

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16.02.2019, 11:12

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

Axtarışda olan 29 nəfər saxlanıldı
16.02.2019, 11:10

Axtarışda olan 29 nəfər saxlanıldı

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16.02.2019, 10:44

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16.02.2019, 10:25

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
16.02.2019, 10:21

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16.02.2019, 10:19

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16.02.2019, 09:55

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu

Azərbaycan çaylarında son durum...
16.02.2019, 09:25

Azərbaycan çaylarında son durum...

Tramp Türkiyəyə yeni səfir təyin etdi
16.02.2019, 09:14

Tramp Türkiyəyə yeni səfir təyin etdi

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
16.02.2019, 00:54

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16.02.2019, 00:36

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

Silahlı hücumda 66 nəfər öldürüldü
16.02.2019, 00:16

Silahlı hücumda 66 nəfər öldürüldü

Paytaxt sakini mənzilində yanaraq öldü
15.02.2019, 23:57

Paytaxt sakini mənzilində yanaraq öldü

Azərbaycan nefti bahalaşıb
15.02.2019, 23:46

Azərbaycan nefti bahalaşıb

Bakıda gənc qız itkin düşdü
15.02.2019, 23:31

Bakıda gənc qız itkin düşdü

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
15.02.2019, 23:20

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab    
15.02.2019, 23:04

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab  

Daha 17 uşaq qızılcaya tutuldu
15.02.2019, 22:50

Daha 17 uşaq qızılcaya tutuldu

ABŞ-da fövqəladə vəziyyət elan edildi
15.02.2019, 22:37

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
15.02.2019, 22:20

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO

Şamaxıda yenidən vulkan püskürdü
15.02.2019, 22:06

Şamaxıda yenidən vulkan püskürdü

Özünü asan qızı polislər xilas etdi
15.02.2019, 21:49

Özünü asan qızı polislər xilas etdi

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
15.02.2019, 21:36

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

ARXİV