Modern.az

“Lifttəmir”in sabiq rəisi Qüdrət Şükürova cinayət işi açıldı - YENİLƏNİB

“Lifttəmir”in sabiq rəisi Qüdrət Şükürova cinayət işi açıldı - YENİLƏNİB

Aktual

9 Oktyabr 2018, 11:19

“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, mütəxəssislətdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


“Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində isə əlavə cinayət işi də başlanılıb.

 

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

 

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü