Modern.az

11 miqrant yol qəzasında yanaraq öldü

11 miqrant yol qəzasında yanaraq öldü

Aktual

13 Oktyabr 2018, 15:39

Yunanıstanda miqrantları daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ağır yol qəzası nəticəsində mikroavtobusun içərisində olan miqrantlar nəqliyyat vasitəsini tərk edə bilməyib və diri-diri yanaraq ölüb.

Yük maşınının sürücüsü olan yunan vətəndaşı son anda maşını tərk edə bilib.

İlkin ehtimala görə mikroavtobusun sürücüsü yüksək sürətə görə idarəetməni itirib və yük maşınına çırpılıb.

Qeyd edək ki, güclü yanğına görə polis ölənlərin kimliklərini müəyyənləşdirə bilməyib və bu məqsədlə ekspertiza təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü