Modern.az

“Futbolçularımız 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər” – Qurban Qurbanov

“Futbolçularımız 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər” – Qurban Qurbanov

Aktual

14 Oktyabr 2018, 23:41

“Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım”. Modern.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib.

 

Qurban Qurbanov bildirib ki, futbolçularda müəyyən qədər gərginlik var idi: “Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər”.

 

Qeyd edək ki, Azərbaycan-Malta oyunu 1:1 hesabı ilə başa çatıb. Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir.

Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı