Modern.az

Qərəzli mövqedən əl çəkin!

Qərəzli mövqedən əl çəkin!

Aktual

16 Oktyabr 2018, 14:11

   “Teref.info”  internet portalına  ötən il  Azərbaycan   Respublikası Baş Prokurorluğu  tərəfindən xəbərdarlıq  edilməsinə baxmayaraq   yenə  informasiya vasitəsi  kimi   bəzi  məlumatları qəsdən və qərəzli şəkildə yaymağa davam edir.  

  Belə ki, 12.10.2018-ci il tarixdə  saytın yaydığı  “Millət vəkilinin kitabında biabırçı səhvlər”  başlıqlı xəbərində  yazıçı-dramaturq   Hüseynbala Mirələmovun   “Axirətdən gələn zəng” kitabındakı eyniadlı pyesində  sürətlərin  dilindən söylənilən   “Xoşbaxt”, “kayb”, “tok”, “stipendiya”  kimi sözləri  işlədilməsini    müəllifin tituluna yaraşmayan  səhv adlandırır.  Niyə?

       Xəbəri hazırlayan, eləcə də yayan  portalın  baş redaktoru məgər bilmir ki,  dram əsərində  surətlərin  loru, jarqon və dialekt  sözlərdən  istifadə etməsi  cərayan edən  hadisəni olduğu kimi əks etdirməyə  xidmət edir? 

       Məgər  bu ifadələri  səhv adlandıran adam  öz evində  ailə üzvləri ilə ədəbi dildə danışır?

       Yaxşı olardı ki,  naməlum müəllif   həmin xəbəri yazıb, yaymaqdansa  heç olmasa,  bir dəfə Azərbaycan  Akademik Milli Dram  Teatrına  gedib  adı çəkilən  əsərin  “Vəsiyyət” adı  ilə  nümayiş olunan  tamaşasına baxaydı…

          Maraqlıdır,  görəsən əsərdə düz ifadə olunan  cümləni  özündən uyduran  “xəbərçi”nin  yazıçı-dramaturqa qarşı aqressivliyi nədən və hardan qaynaqlanır?  Baxın,  36-cı səhifədə   Röyanın dilindən deyilən: “Hələ dünən elə bu vaxtı burda mən sizinlə söhbət eləyəndə ərli  qadındım. İndi isə mən dul qadınam,…”   fikri görün,  saytda oxuculara  necə  tədim edilir.  “Hələ dünən elə bu vaxtı burda mən sizinlə söhbət edəndə dul qadındım”   (?!)

     Düzü,  mən   Hüseynbala  müəllimi heç tanımıram, amma  haqqında söhbət edilən kitabdakı  pyesi də oxumuşam, üstəlik   2 -3 dəfə  Dram Teatrında  tamaşasına da baxmışam. Və tamaşanın necə anşlaqla keçdiyinin şahidi olmuşam. Yeri gəlmişkən, tamaşanın  quruliuşçu  rejissoru Firudin Məhərrəmov Respublikanın  xalq  artisti adına layiq görülüb.

        “Teref.info”  internet portalı   isə qərəzli, yalnış  xəbərlərlərin  yayımı ilə  yalnız  özünü nüfuzdan  və  oxucuların gözündən salır.


Nurəddin Muğanlı

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü