Modern.az

Bakıya 300 yeni avtobus GƏTİRİLİR

Bakıya 300 yeni avtobus GƏTİRİLİR

Aktual

19 Oktyabr 2018, 11:36

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında şəhər nəqliyyatının təkmilləşdirilməsilə bağlı göstəriş verib:

Ölkə başçısı qeyd edib ki, bu il şəhərə əlavə 300 yeni müasir avtobus gətiriləcək:

 

“Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir”.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda bu avtobusların gətirilməsi üçün işlərə start verilib:

 

“Bildiyiniz kimi, bu il iyunun 4-dən tender elan olunub və hələ də davam edir. Avtobusların sayı, hansı markadan olması və s. tenderin nəticəsində qalib olmuş şirkət tərəfindən həyata keçiriləcək. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır”.

 

M.Ağayev qeyd edib ki, məqsəd sərnişinlərə təhlükəsiz, keyfiyyətli və şəhərin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü