Modern.az

Merkel Makronla bara getdi - FOTO  

Merkel Makronla bara getdi - FOTO   

Dünya

19 Oktyabr 2018, 11:39

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Belçika və Lüksemburq liderləri oktyabrın 17-də Qrand-plas meydanındakı bara gediblər. Siyasətçilər Britaniyanın baş naziri Tereza Meylə görüşdən, Britaniyanın Avropa İttifaqından çıxışını müzakirə etdikdən sonra oraya baş çəkiblər. 

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, fotonu xorvatiyalı jurnalist Xrvoye Kreşiçyayımlayıb. 

 

Merkel və Makron turistlər və yerli sakinlərlə söhbət edib. Lüksemburq baş naziri Ksavye Bettel deyib ki, seçkilərdə qalib gəldiyi üçün siyasətçilərə içki alıb. 

 

“Hər şey əla idi. Biz də insanıq”, - Bettel sosial şəbəkədəki fotosunu şərh edərkən deyib. O qeyd edib ki, barda onlar pivə və qızardılmış kartof dadıblar. 

 

Fransa prezidentinin köməkçisi bildirib ki, görüş təsadüfi olub. Bettel Makron və Merkellə hotelə qayıdan zaman belə bir təklif irəli sürüb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!