Modern.az

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

20 Oktyabr 2018, 21:07

İran Milli Neft Şirkətinin baş direktoru Əli Kardor Fransız neft şirkəti olan "Total"ın ABŞ-ın birtərəfli sanksiyalarına görə,  həyata keçirdiyi layihələri  Çin Milli Neft Şirkətinə (CNPC) təhvil verərək bir daha geri dönməmək şərti ilə İrandaki layihələrdən ayrıldığını bildirdi.

 

Modern.az xəbər verir ki, İran Milli Neft Şirkətinin baş direktoru Kardor, “Total”ın Cənubi Pars havzasında 11-ci fazanın inkişafı üçün nəzərdə tutulan layihədən çəkilməsindən sonra “CNPC”nin layihəni aldığını söyləyib.

 

Layihənin təhvili üçün CNPC ilə “Total” səlahiyyətliləri arasındakı texniki danışıqlar aparıldığını deyən Kardor “Total”ın layihə ilə bağlı texniki və layihə sənədlərini “CNPC”y təhvil verərək heç vaxt geri dönməmək şərti ilə İranı tərk etdiyini qeyd edib.

 

Qeyd edək ki, ABŞ 2015-ci ildə İranla nüvə razılaşmasının birtərəfli çəkilməsindən sonra ABŞ İrana  sanksiya tətbiq etməyə başlayıb. Birləşmiş Ştatların birtərəfli sanksiyalarına görə, bir çox qlobal şirkətlər, o cümlədən “Total” ölkədə fəaliyyətini dayandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır