Modern.az

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Messi qolu qırıldığı üçün

Aktual

21 Oktyabr 2018, 11:53

 İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu İspaniya çempionatının IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Beləliklə, argentinalı futbolçu Primeronun "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında "İnter"ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər.

Bundan əvvəl Messinin "Sevilya” ilə görüşdə zədələnərək meydanı erkən tərk etdiyi məlumat verilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı