Modern.az

Nazir Mikayıl Müşfiqin məzarından DANIŞDI: “Bu məsələyə həssaslıqla yanaşaq”  

Nazir Mikayıl Müşfiqin məzarından DANIŞDI: “Bu məsələyə həssaslıqla yanaşaq”   

Aktual

23 Oktyabr 2018, 11:55

“Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu Puta qəsəbəsində olması ilə bağlı bütün məqamlar yoxlanılacaq və müvafiq genetik ekspertiza - DNK analizi aparılacaq”. Modern.az xəbər verir ki, bu sözləri mədəniyyətnNaziri Əbülfəs Qarayev deyib.

“Mikayıl Müşfiqin harada dəfn olunması haqqında danışmaq tezdir. Ona görə də mən xahiş edirəm ki, bu məsələyə həssaslıqla yanaşaq. Yanlız dəqiq elmi araşdırmalar nəticəsində məlum olan məlumatlara istinad etmək lazımdır”,- nazir bildirib.

Qeyd edək ki, ötən gün azərbaycanlı milyarder Fərhad Əhmədov Virtualaz.org saytına açıqlamasında “Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsindəki qəbiristanlıqda axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim” deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı