Modern.az

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

12 Noyabr 2018, 18:35

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və TC Daxili İşlər naziri, cənab Süleyman Soylu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə bir çox məsələlər müzakirə olunub, hər iki ölkənin QHT-lərinin gələcək əməkdaşlığını nəzərdə tutan Əməşdalıq Memorandumu imzalanıb. Bundan başqa, həmin görüşdə daha bir problem- Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün uzun müddət həll olunmamış qalan, TR Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problem həllini tapıb.



Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyi məlumat verib. Məlumatda bildirilir ki, hər zaman tələbələrimizə diqqət göstərən, cənab Azay Quliyev bu dəfə də onların problemlərinə ciddi yanaşaraq, Türkiyədə təhsil alan tələbələrimizin ( 79 vilayətdə 17.000-dən çox tələbə) TC Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problemləri TC Daxili İşlər naziri cənab Süleyman Soylunun diqqətinə çatdırıb. Görüşün nəticəsində cənab S. Soylu qeyd olunan məsələ ilə bağlı TR Miqrasiya Baş İdarəsinin rəisi cənab Abdullah Ayaza göstəriş verib.


“Azərbaycanın gələcəyi olan gənclərimizə göstərmiş olduğu sevgiyə görə cənab Azay Quliyevə Türkiyədə təhsil alan tələbələrimiz adından təşəkkür edirik”,- deyə qeyd olunan məlumatda tələbələrə qarşılaşdıqları problemlərlə bağlı müşavirliyə məlumat vermələri istənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi