Modern.az

"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Aktual

16 Noyabr 2018, 13:03

“Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

***

Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü