Modern.az

Gürcüstan hökumətindən JEST - 600 min vətəndaşın bank borcunu sildi

Gürcüstan hökumətindən JEST - 600 min vətəndaşın bank borcunu sildi

19 Noyabr 2018, 12:48

Gürcüstan hökuməti prezident seçkiləri öncəsi 600 mindən artıq vətəndaşının bank və mikromaliyyə təşkilatları qarşısında borcunu silib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumilikdə 1,5 milyard lari (600 milyon dollardan çox vəsait) silinib. Baş nazir Mamuka Baxtadze hökumətin bu qərarı verdiyini və 2 min lariyə qədər borcu olan vətəndaşların 95%-nin borcunun sıfırlandığını elan edib.

 

Qeyd edək ki, noybarın 28-də Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir