Modern.az

Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı  

Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı   

Aktual

19 Noyabr 2018, 13:33

Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü