Modern.az

Şagirdlərin və müəllimin zəhərlənməsi xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

Şagirdlərin və müəllimin zəhərlənməsi xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

Aktual

20 Noyabr 2018, 16:59

"İlkin araşdırmalara əsasən, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər arasında qida zəhərlənməsi baş verməyib. Çünki aksiyada iştirak edən 240 nəfərlik müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb".

 

Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

 

Agentlikdən verilən məlumata görə, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur:

 

"Bununla yanaşı hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunmuş Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən laborator müayinələr üçün nümunələr götürülüb və müvafiq laboratoriyaya təqdim olunub. Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".

 

Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllim qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

 

Onlar bu gün səhər saatlarında Qəbələ rayonundakı hotellərdən birində yemək yedikdən sonra Şəkiyə gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü