Modern.az

İran bu səbəbdən sazişdən imtina etmir

İran bu səbəbdən sazişdən imtina etmir

Dünya

21 Noyabr 2018, 20:15

“İran Avropa ölkələrinin təkidləri səbəbindən Əhatəli Razılaşma Planı sazişindən imtina etmir”. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat verib.

Bəhram Qasımi bildirib ki, Avropa Əhatəli Razılaşma Planına etimad edərək sazişi saxlamaq istədiyini bildirir: “Biz də Avropa İttifaqına üzv ölkələrin təkidləri səbəbindən bu sazişi tərk etmirik. Ona görə də onlar öz öhdəliklərini yerinə yetirməlidir”.

 

Bundan əvvəl İran hökuməti fayda gördükləri müddətcə nüvə sazişindən çəkilməyəcəklərini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü