Modern.az

Məktəb direktorları hesabat verdilər

Məktəb direktorları hesabat verdilər

Aktual

22 Noyabr 2018, 10:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Pedaqoji Şuraların növbəti iclasları keçirilib.

 

Modern.az-ın xəbərinə görə, iclasların keçirilməsində əsas məqsəd görülən işlərə bir daha nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarətdir.

 

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, müəllimlərin hesabatları dinlənilib.

 

İclaslarda 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər, fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi üçün yeni təlim metodlarının tətbiqi, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər məsələlər müzakirə olunub.

 

Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü