Modern.az

Abdulla Gül aylıq maaşı barədə xəbərlərə aydınlıq gətirdi

Abdulla Gül aylıq maaşı barədə xəbərlərə aydınlıq gətirdi

Təhsil

4 Noyabr 2011, 22:32

Modern.az-ın məlumatına görə, Türkiyə prezidenti Abdulla Gül özünün aylıq maaşı ilə bağlı mətbuata yazılan xəbərlərə münasibət bildirib. A.Gül “Tvtitter” sosial şəbəkəsindəki açıqlamasında ayda 33 min 500 lirə maaş alması barədə məlumatlara belə reaksiya verib:

"Son günlərdə mənə ən çox gələn suallardan biri maaşımla əlaqədardır. Bu suallar əsasən president maaşıyla əlaqədar doğru olmayan bəzi xəbərlərdən qaynaqlanır. Çünki bu xəbərlərdə bilərəkdən və ya bilməyərəkdən vergilər çıxılmayan rəqəm dəqiq maaş kimi göstərilir.
Hər kəsin bilməsini istəyirəm: vergilər çıxıldıqdan sonra prezidentin aldığı aylıq maaş xəbərlərdə keçən rəqəmin az qala yarısıdır. Maaş məsələsinə toxunmuşkən, Van zəlzələsi sonrası başladılan gözəl bir kampaniyaya da qatıldığımı elan edirəm. Bir çox məsul siyasətçinin qatıldığı "Bir Maaşım Vana" kampaniyasına mən də bir maaşımı verərək qatılıram".


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır