Modern.az

Azərbaycan nefti 61 dollaradək ucuzlaşdı

Azərbaycan nefti 61 dollaradək ucuzlaşdı

26 Noyabr 2018, 23:43

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 3,73 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,73 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,77 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir