Modern.az

İki xarici kəşfiyyat orqanı Türkiyəyə qarşı birləşdi

İki xarici kəşfiyyat orqanı Türkiyəyə qarşı birləşdi

Dünya

7 Noyabr 2011, 13:13

İsrail kəşfiyyat xidməti “Mossad”la Yunan Kiprinin kəşfiyyat xidməti KİP arasında gizli razılaşma imzalandığı bildirilir. Modern.az “Milliyət”ə istinadən bildirir ki, iki gizli xidmət əldə etdikləri məlumatlarla əlaqədar davamlı ünsiyyət halında olacaq. İki kəşfiyyat xidmətinin Türkiyənin bölgədəki hərəkətləriylə əlaqədar da məlumat alverində ollacağı iddia olunur.
Yunan “Kathimerini” qəzeti İsrail prezidenti Simon Peresin keçən həftə Cənub Kiprə reallaşdırdığı səfər çərçivəsində iki gizli razılaşma imzalandığını yazıb. Birinci razılaşmanın iki ölkə arasında əsgəri və müdafiə sahələrində əməkdaşlığa, digərinin isə "Mossad"la KİP arasında davamlı məlumat alış-verişinə dair olduğu qeyd edilir.

Cənub Kipr və İsrailin axtarış və xilasetmə sahəsində ortaq manevrlər reallaşdırmasının da gündəmdə olduğunu qeyd edən qəzet yunan müdafiə naziri İliadisin yaxın zamanda Təl-Əlvivi ziyarət edəcəyini yazıb.
İsraillə eimzalanacaq təbii qaz razılaşmasının Cənub Kipri "Türkiyə kimi xarici təhdidlər qarşısında" gücləndirəcəyini bildirən “Mahi” qəzeti isə başqa bir məsələdən yazıb. Qəzetin iddiasına görə, Cənub Kipri ciddi qəbul etməyən Türkiyə İsrail kimi nəhəng bir əsgəri gücü gözardı edə bilməyəcək.
Kiprin yuyanlar yaşayan Cənub hissəsinə səfəi zamanı İsrail prezidenti Şimon Peres Türkiyə və təbii qaz axtarışı işləri mövzusunda danışarkən "İsrail nə kimsəni təhdid edəcək, nə də kimsədən təhdid qəbul edəcək" demişdi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü