Arxiv
2 Dekabr 2018, 09:55 | İQTİSADİYYAT
Hökumət minimum əməkhaqqını artıra bilər  

Milli Məclisin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat nəzərdə tutulub.

Maraqlıdır, bir vətəndaşın normal yaşaması üçün təxminən neçə manat tələb edilir?


Modern.az-
ın sualını Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb.

Deputat bildirib ki, normal yaşamaq üçün müxtəlif kateqoriyaya aid insanlara müxtəlif məbləğdə pul lazımdır:

“Hələlik buna inkişaf etmiş ölkələrdə nail olunsa da, postsosialist ölkələrinin əksəriyyətində onu gerçəkləşdirmək mümkün olmayıb. Buna görə də yaşamaq üçün minimum məbləğdən söhbət gedə bilər. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır. Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Gündəlik tələbat mallarının qiymətlərini nəzərə alanda, təbii ki, 180 manata qaldırılan minimum yaşayış məbləği azdır. Bu məbləğ real qiymətlərlə uzlaşmır. Reallıq nəzərə alınarsa, gələn ilin yaşayış minimumu 180 manat yox, azı 270-300 manatdan aşağı olmamalıdır”.

 

Ə.Məsimli 2020-ci ildə ləğv ediləcəyi deyilən ehtiyac meyarı ilə bağlı da fikirlərini bölüşüb:

“Ümumiyyətlə, hazırda qüvvədə olan ehtiyac meyarının iqtisadi əsası yoxdur. “Yaşayış minimumu haqqında” Qanunun 4.4. maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Deməli, yaşayış minimumundan az götürülən 143 manatlıq ehtiyac meyarının iqtisadi əsası yoxdur və ləğv olunmalıdır.

Təxminən 10 il əvvəl – 2008-ci ildə yaşayış minimumu ilə minimum əmək haqqının nisbəti “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun idi. Minimum əmək haqqı hətta yaşayış minimumundan 7 faiz yüksək idi. Bu il minimum əmək haqqı 130 manat olmaqla 173 manatlıq yaşayış minimumundan 33 faiz azdır. Dəyişiklik olmasa, gələn ilə bu fərq 38 faizə çatacaq.

Ona görə də “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun olaraq hökumət öhdəlik götürməlidir ki, məsələn, qarşıdakı 2-3 il ərzində minimum əməkhaqqını ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldəcək. Bu çox vacib məsələdir. Çünki aztəminatlı təbəqənin maaşlarının və s. artırılması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir. Əks halda, indiki qiymətlərlə vətəndaşın güzəranı daha da pisləşəcək”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada səslərin 95%-i hesablandı 22 Aprel 2019, 12:29 Saatlının icra başçısı AXCP-çinin toyuna mane olub: - “Paylaşımları görəndə, dəhşətə gəldik” - AÇIQLAMA 22 Aprel 2019, 12:29 İrana yardım üçün ianə kampaniyası keçirilir 22 Aprel 2019, 12:21 “Neft bazarı çox kövrək xarakter alıb" - Nazir 22 Aprel 2019, 12:17 UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı 22 Aprel 2019, 12:06 Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29