Modern.az

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi

11 Dekabr 2018, 10:45

Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu  təzminatdan imtina edib.

Modern.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik  müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd  vaxtından əvvəl ləğv  olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. Əldə etdiyimiz xəbərə görə,  AFFA üzərinə götürdüyü bu  hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə  işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Q.Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi  barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır