Modern.az

Zahd Oruc “Azəriqaz” rəhbərliyinə təşəkkür etdi (FOTOLAR)

Zahd Oruc  “Azəriqaz” rəhbərliyinə təşəkkür etdi (FOTOLAR)

Təhsil

14 Noyabr 2011, 17:20

Bərdənin daha iki kəndinə mavi yanacaq verilib. Bu barədə Modern.az saytına Bərdənin Milli Məclisdəki təmsilçisi Zahid Oruc məlumat verib. Deputat bildirib ki, 93 saylı Bərdə şəhər seçki dairəsinin ərazisində 30-cu kənd qazla təmin olunub. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” təmsilçiləri və millət vəkili Gərinə və Qazaxlar kəndində mavi yanacağın verilməsini birgə həyata keçiriblər”.

Zahid Oruc onu da bildirib ki, millət vəkili olaraq “Azəriqaz”ın rəhbərliyinə xüsusi minnətdarlığını bildirib:
“Bərdənin daha iki kəndinə qaz verilməsi mühum bir hadisədir. Cənab Prezidentin tapşırığı ilə ölkənin tam qazlaşdırılması siyasəti çərçivəsində Qarabağa, xüsusi olaraq Bərdəyə önəm verilir. Bu o deməkdir ki, qarşıya qoyulmuş planlar, hədəfdəki vəzifələr tam reallaşdırılmaqdadır. Çünki mənim deputat seçildiyim 93 saylı Bərdə şəhər seçki dairəsində bundan sonra cəmi 3 kənd qazsız vəziyyətdədir. Onlardan da ikisində - Türkmən və Ərəblər Qaraqoyunlu kəndlərində də işlərə start verilib. Yalnız Qarabağ qəsəbəsi və Yeni Əyricə kəndi qazla təmin olunmayıb. İnşallah onlara da mavi yanacağın verilməsinə 2012-ci ilin birinci ayında başlanacaq”.

Deputat bildirib ki, bu işdə “Azəriqaz ”ın rəhbərliyinin rolu böyükdü: “Onların hər birinə mənim xüsusi təşəkkürlərim oldu. Bu, rayonun ümumi quruculuğuna, vətəndaşların sosial-ictimai həyatına çox mühum təsir edən bir hadisədir”.





Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü