Modern.az

CNN 5 gün Bakını göstərəcək

CNN 5 gün Bakını göstərəcək

Təhsil

15 Noyabr 2011, 10:35

Noyabrın 15-dən 18-dək CNN telekanalında  hər gün Bakı vaxtı ilə saat 20.00-da “Eye on Azerbaijan” (“Azərbaycana nəzər”) proqramı efirə çıxacaq.

Noyabrın 15-dəki buraxılış “Bakı Ağ şəhər” layihəsinə həsr olunub. Bakı vaxtı ilə saat 20.00-da yayımlanacaq süjetdə Azərbaycana investisiyaların cəlb olunması, “Qara şəhər”in yeni, müasir paytaxt mərkəzinə çevrilməsi, burada əlverişli sosial-iqtisadi şəraitin formalaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasında layihənin xüsusi rolu və onun digər xüsusiyyətlərindən bəhs ediləcək. (İTV)

Həftə ərzində müasir Azərbaycanın beynəlxalq arenada imicini formalaşdıran iqtisadiyyat, mədəniyyət, incəsənət və idman sahələrinin əsas aspektləri işıqlandırılacaq.

CNN Azərbaycanda “Evrovision-2012”yə hazırlıq işlərinə da xüsusi diqqət ayıracaq.

Proqram Bakıdan birbaşa bağlantılarla, CNN telekanalında işlədiyi otuz ildə Berlin divarının uçurulması, Beyrutun blokadası, İraq müharibəsi və s. hadisələri reportajlarında işıqlandırmış tanınmış telejurnalist Cim Klensinin təqdimatı ilə canlı efirdə yayımlanacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü