Modern.az

Azərbaycanda qızların nikah yaşı qaldırılıb

Azərbaycanda qızların nikah yaşı qaldırılıb

Təhsil

15 Noyabr 2011, 18:41

Azərbaycanda qızların nikah yaşı qaldırılıb. Modern.az saytının məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik edilib və qızların nikah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılıb. İndiyədək qızların nikah yaşı 17 idi.

Bu dəyişiklikdən sonra Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı 18 yaş olub.

Qanuna əsasən qızlara üçün müstəsna hallarda nikaha bir qədər erkən girməyə icazə də veriləcək. Məsələn, qız hamilə olanda, valideynləri ölüm ayağında olanda və s. kimi nadir hallarda qızların bir il tez, yəni 17 yaşında evlənməsinə icazə veriləcək.”

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır