Modern.az

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər

Hadisə

16 Dekabr 2018, 12:03

2018-ci ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 50882 nikaha daxilolma, 12396 boşanma halları qeydə alınıb.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, hesabat dövründə qeydə alınan 1813 nikah Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanıb:

“Onlardan 949-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 864-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır”.

Şöbə müdiri azərbaycanlıların nikahda üstünlük verdiyi ölkələrin də adını açıqlayıb:

“Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı