Modern.az

Artıq çəki xərçəngin inkişafına səbəb olur

Artıq çəki xərçəngin inkişafına səbəb olur

Aktual

17 Dekabr 2018, 20:37

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur. Modern.az “Trend”ə istinadən xəbər verir ki, alimlərin piylənmə və xərçəng xəstəliyi ilə bağlı 1975-2016-cı illəri əhatə edən araşdırması artıq çəki ilə xərçəngin 13 növünün inkişafı arasında əlaqəni aşkar edib. Məlum olub ki, bədxassəli şişlərin təqribən 4 faizi birbaşa piylənmə ilə bağlıdır.

 

Bundan başqa qeyd olunur ki, hətta şişlərin uğurla ləğvindən sonra artıq çəki pasiyentin ölüm ehtimalını 11-17 faiz artırır.

 

Alimlər bununla əlaqədar olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində piylənmə ilə mübarizənin vacib olduğunu bildirirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı