Modern.az

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

18 Dekabr 2018, 21:41

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsi Azərbaycandan arı pətəklərinin qanunsuz yolla Rusiya ərazisinə keçirilməsinin qarşısını alıb. Modern.az yerli mediaya istinadən xəbər verir ki, mallar Rusiya ərazisinə daxil olan marşrut taksisinin yük yerində aşkar edilib.

 

Məlumata görə, arı pətəyinin sahibinin heç bir müvafiq baytarlıq sertifikatı olmayıb. Buna görə də mallar müsadirə edilib.

 

Müsadirə edilən malların ümumi çəkisi 45 kiloqram olub.

 

Qanunu pozan şəxs inzibati məsuliyyətə cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...