Modern.az

Dünyanın bir-birindən fərqli Yeni il adətləri: Subay qızların qarşısına qarğıdalı qoyub...

Dünyanın bir-birindən fərqli Yeni il adətləri: Subay qızların qarşısına qarğıdalı qoyub...

31 Dekabr 2018, 13:22

Dünyanın fərqli ölkələrində insanlar Yeni ildən gözləntilərini qəribə üsulla ifadə edirlər. Yeni ili qarşılama günləri hər mədəniyyətə görə fərqlidir.

 

Modern.az Yeni ili qarşılayarkən bir-birindən fərqli adətləri olan ölkələri təqdim edir.

 

“Köhnə ilə aid ruhları qovmaq üçün”  evlərin önünə ip asılan Yaponiyada yeni ilin ilk saniyələrində qəhqəhələrlə girirlər.

 

Çində də “ötən ilə aid pis ruh və şanssızlığı qovmaq məqsədilə” evlər təmizlənir. Bundan başqa “şans gətirməsi üçün” qırmızı zərflərdə uşaqlara pul paylanılır.

 

İşveçrəlilər yaxşı ruhları təmsil etdiyinə inandıqları kostyumları geyinərək, yeni ili qarşılayırlar.

 

Hollandiyada “keçən ilin pis ruhlarını qovmaq, yeni ilə hüzurlu və xoşbəxt getmək məqsədilə” küçədə yeni il ağacı yandırılır.

 

Çilidə gecə yarısı bir qaşıq mərci yeyənlərin yeni ildə iş həyatının yaxşı keçəcəyinə inanılır.

 

Cənubi Afrikada isə “şans gətirməsi üçün” köhnə ev əşları pəncərədən atılaraq, yeni ilə yeni əşyalarla girilir.

 

Belarusda subay qızaların önünə qarğıdalı qoyulub, ortaya xoruz buraxılır. Xoruz hansı qızın qarşısındakı qarğıdalını yeyərsə, onun digərlərindən əvvəl evlənəcəyinə inanılır.

 

İspaniyada isə saat 00:00-da 12 üzüm dənəsi udulub, yeni illə bağlı dilək tutulur.

 

Danimarkada köhnə qablar qapını önündə qırılaraq, uğursuz şansın getməsi arzulanır.

 

Rumıniyada da ayı geyimi geyən insanlar küçələri gəzib rəqs edirlər. Bu sayədə pis ruhların uzaq durduğuna inanılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı