Modern.az

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib

Aktual

15 Yanvar 2019, 15:25

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya  ödəyib ki, bu ümumi kompensasiya öhdəliyinin 99% təşkil edir.

 

Bu barədə Fonddan Modern.az-a verilən məlumatda bildirilib.

 

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin  qorunan əmanətçilərinə 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv olunmuş “Parabank” ASC-nin  qorunan əmanətçilərinə  43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 61,98  milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü