Modern.az

Erməni əsgər minaya düşdü

Erməni əsgər minaya düşdü

Dünya

16 Yanvar 2019, 23:52

Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistan vətəndaşı xəsarət alıb. Modern.az erməni mediasına istinadən xəbər verir ki, hadisə bu gün  saat 15 radələrində baş verib. Hadisə nəticəsində Tavuş vilayətinin Barekamavan kənd sakini Arman Mikaelyanın yaralandığı bildirilir.

 

Yaralı Noyemberyan hospitalına yerləşdirilib. Mina onun ayağını qoparıb. Minaya düşən ermənini ərazidəki hərbi bölmələr saat 18 radələrində çıxara bilib.

 

Qeyd edək ki, son vaxtlar dövlət sərhədi istiqamətindən təxribatların sayı artıb. Bir sıra hallarda erməni təxribatçılar “mülki əhali” adı altında sərhədimizi keçməyə cəhd göstərib, hətta onların ələ keçirilənləri də var.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı