Modern.az

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

Aktual

17 Yanvar 2019, 15:28

Həmvətənlərimizin istəyi və dəvəti ilə hər il ABŞ-da və Kanadada öz bənzərsiz səsi, mahnıları ilə çıxış edən görkəmli müğənnimiz Yaqub Zurufçu budəfəki səfərində azərbaycanlıların daha çox məskunlaşdığı Toronto (Kanada) şəhəri ilə yanaşı, ilk dəfə olaraq Kaliforniya ştatının paytaxtı Sakramentoda da geniş konsert proqramı ilə tamaşaçılara böyük sevinc bəxş edib.


Hər ifası alqışlarla qarşılanan müğənni populyar "Azərbaycan", "Təbrizim", "Ayrılıq", "Ana", "Dəniz", "Sarı gəlin" və digər mahnıları ilə yanaşı, repertuarına yeni daxil etdiyi mahnılarla da tamaşaçıların rəğbətini qazanıb.


Yüzlərlə həmvətənimiz, həmçinin amerikalı və kanadalı musiqisevərlər qarşısında konsertləri uğurla başa çatan sənətkar növbəti "mahnı səfəri" ilə dünya azərbaycanlılarının həmrəylik hərəkatına az da olsa, bir töhfə verə bildiyindən məmnunluğunu bildirərək, qeyd edib ki, öz mahnıları ilə Vətən həsrətli həmvətənlərimizin Azərbaycan sevgisini, bir-birinə olan doğmalıq, mehribanlıq hissini müəyyən dərəcədə gücləndirə bildiyinə görə özünü xoşbəxt sanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü