Modern.az

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

20 Yanvar 2019, 15:50

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Xocavənd qəsəbəsində  dərin hüznlə yad edilib.

 

Modern.az xəbər verir ki, faciənin 29-cu ildönümü ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə  təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, faciə qurbanları yad edilib.

 

Yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, əsgərlər Yeni Xocavənd qəsəbəsindəki abidə kompleksi önünə tər çiçəklər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır