Modern.az

Baş katib azərbaycanlı məcburi köçkünlərdən danışdı

Baş katib azərbaycanlı məcburi köçkünlərdən danışdı

22 Yanvar 2019, 21:19

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib. Modern.az “Report“a istinadən xəbər verir ki, T.Yaqland Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon məcburi köçkünün məsələsinə dair sualına cavab olaraq bu məsələnin bu günə kimi həll edilməməsini pisləyib.

 

O bildirib ki, azərbaycanlı məcburi köçkünlərin hələ də öz doğma yurd-yuvalarına qayıtmaması təəssüf doğurur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı