Modern.az

2 prezidenti olan ölkə - Venesuelada kim qalib olacaq?

2 prezidenti olan ölkə - Venesuelada kim qalib olacaq?

Dünya

24 Yanvar 2019, 16:49

Venesuelada hazırda 2 prezident var: hazırkı prezident Nikolas Maduro və özünü ölkə başçısı elan edən müxalifətçi Xuan Quaidodur.

 

Modern.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, 2 siyasətçi hazırda prezidentlik uğrunda ciddi mübarizə aparır.

 

Quaydo küçələrə çıxan minlərlə insanın səyi ilə yanaşı, ABŞ, Kanada və Braziliya kimi önəmli ölkələrin dəstəyini qazanıb. Amma Maduro ordu, xüsusi xidmət orqanları, məhkəmə, büdcə və dövlət neft şirkətinə nəzarəti əlində saxlayır.

 

Bu isə Quaydonun sırf simvolik olaraq hakimiyyətdə təmsil olunduğunu göstərir. Müxalifətçi Nikolas Maduroya xalq kütlələrinin köməyi ilə təzyiq göstərərək onu istefa verməyə vadar etmək istəyir. Əsas məsələ indi ordunun müxalifət tərəf keçib-keçməyəcəyi ilə bağlıdır.

 

35 yaşlı Xuan Quaydo ordu zabitlərinə xalqın tərəfinə keçəcəyi təqdirdə onlara amnistiya verilcəəyini vəd etməklə öz tərəfinə çəkməyə çalışır.

 

Hazırda onu 12 ölkə prezident kimi tanıyır. Son məlumata görə toqquşmalarda 16 nəfər ölüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü