Modern.az

BMT Təhlükəsizlik Şurası Venesuelaya görə toplanır

BMT Təhlükəsizlik Şurası Venesuelaya görə toplanır

Dünya

24 Yanvar 2019, 22:08

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Venesuelada baş verən hadisələrlə bağlı toplanır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Venesuela məsələsi müzakirə ediləcək.

Bu barədə jurnalistlərə açıqlama verən CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila bildirib ki, Təhlükəsizlik Şurası Venesueladakı gərginliyi müzakirə edəcək.

Qeyd edək ki, bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı