Modern.az

Venesuelada gərginlik artır: Maduro prezident vəzifəsini TƏRK ETMİR

Venesuelada gərginlik artır: Maduro prezident vəzifəsini TƏRK ETMİR

25 Yanvar 2019, 00:56

Venesuelada vəziyyət gərginləşir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident Nikolas Maduro Ali Məhkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

Nikolas Maduro fəaliyyətinə davam edəcəyini vurğulayıb.

Bu arada o, Venesuelanın ABŞ-dakı bütün diplomatik heyətini geri çağırıb. Prezident bu barədə qərar imzalayıb.

Bu gün keçirilən mətbuat konfransında ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edib. O, bundan əvvəl ordunun Xuan Quaydonu prezident kim tanımadığını bildirmişdi.

Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib. Hazırkı Prezident Nikolas Maduro bunu Vaşinqton tərəfindən təşkil olunmuş dövlət çevrilişi kimi qiymətləndirib və ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü