Modern.az

Paşinyan bir qrup məmuru işdən çıxardı

Paşinyan bir qrup məmuru işdən çıxardı

Dünya

1 Fevral 2019, 13:47

Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup məmuru işdən çıxarmaq barədə sərəncam verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazirin göstərişi ilə Şirak vilayətinin qubernator müavini Ara Melikcanyan, Geqarkunik vilayətinin qubernator müavini Artsvik Nikoqosyan və Kotayk vilayətinin qubernatoru Larisa Madoyan tutduqları vəzifədən azad olunublar.

 

 Yanvarın 31-dən etibarən isə Milli Təhlükəsizlik Şurası ofisinin  rəhbəri Artavazd Barseqyan da vəzifəsindən ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı