Modern.az

Magistraturaya sınaq imtahanının nəticələri elan edildi

Magistraturaya sınaq imtahanının nəticələri elan edildi

Aktual

5 Fevral 2019, 12:40

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı