Modern.az

Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “STOP” – daha təhlükəli raketlər HAZIRLANACAQ  

Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “STOP” – daha təhlükəli raketlər HAZIRLANACAQ   

Dünya

7 Fevral 2019, 12:10

Amerikanın Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilədən çıxmasından sonra, Rusiya prezidenti Vladimir Putin də ölkəsinin müqavilədəki iştirakını dayandırdığını bəyan etdi.

 

Modern.az saytının “Reuters”ə istinadən məlumatına görə, Rusiya Vaşinqtona cavab olaraq 2021-ci ilə qədər yeni raket kompleksi hazırlayacaq.

 

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

 

Lakin Rusiya və Amerika qızğın silahlanmaya girişmişdi, bununla belə hər iki tərəf bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi.

 

Vaşinqton və Moskva müqaviləyə “stop” deyəndən sonra isə bəyan ediblər ki, yeni raket sistemlərinin hazırlanması planlaşdırılmır.

Vladimir Putin qeyd etmişdi ki, Rusiya balansındakı mövcud qanadlı raketləri yerdən buraxılması üçün çalışmalıdır.

 

Həmçinin hipersəs raketlərinin də təkmilləşdiriləcəyini bəyan etmişdi.

 

Moskvanın ittihamına görə, Birləşmiş Ştatların müqavilədən çıxmaq üçün irəli sürdüyü “arqument” bəhanədir. Qeyd olunur ki, ABŞ yeni raketlər hazırlamaq üçün müqavilədən çıxmaq istəyirdi. Vaşinqton isə bu ittihamlar rədd edir.

 

ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi, səfir Robert Vud isə bildirib ki, Rusiya müqavilənin şərtlərinə əməl edəcəksə, Vaşinqton da öz mövqeyini təkrar gözdən keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü