Modern.az

İranda daşqın və qar çovğun: 2 ölü, 5 yaralı

İranda daşqın və qar çovğun: 2 ölü, 5 yaralı

Aktual

13 Fevral 2019, 19:14

İranda baş verən daşqın və qar çovğunu nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Modern.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

 

M.Səliminin sözlərinə görə, 22 vilayətdə - Yəzd, Hörmüzqan, Mərkəzi, Mazandaran, Lorestan, Gülüstan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Sistan və Bəluçestan, Simnan, Xuzistan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam və İsfahan vilayətləri daşqın və qar çovğunu ilə üzləşib.

193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı