Modern.az

Deputatlar Avstraliyaya gedəcək

Deputatlar Avstraliyaya gedəcək

Aktual

14 Fevral 2019, 18:39

Azərbaycan Milli Məclisinin (MM) Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məluata görə, deputatlar bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.

 

Səfər fevralın 27-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü