Modern.az

Binəqədidə tibbi müayinə aylığı

Binəqədidə tibbi müayinə aylığı

Aktual

15 Fevral 2019, 12:36

Ölkə başçısı cənab İlham Əliyevin ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən Binəqədi rayonunda tibbi müayinə aylığı davam edir.

Modern.az xəbər verir ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.

Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib.

Əhalinin tibbi müayinəsi Binəqədi rayonunun ərazisində yerləşən Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9,10, 15,25,27 və 35 saylı şəhər poliklinikalarında keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü