Modern.az

Nəriman Əliyev seçicilərinin müraciətlərini nəzarətdə saxlayacaq

Nəriman Əliyev seçicilərinin müraciətlərini nəzarətdə saxlayacaq

Aktual

18 Fevral 2019, 10:48

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən deputatlar, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

Modern.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Nəriman Əliyev seçiciləri ilə görüşüb.

Deputat görüşə gələnləri ayrı-ayrılıqda dinləyib. Görüşdə ona ünvanlanan sualları cavablandıran N.Əliyev seçiciləri narahat edən məsələlərə aydınlıq gətirib. 

Nəriman Əliyev bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini deyib.

Bir sıra məsələlər isə yerindəcə həll edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı