Modern.az

Sürücülərin nəzərinə: Bakının bu küçələrində tıxac və sıxlıq yaranıb  

Sürücülərin nəzərinə: Bakının bu küçələrində tıxac və sıxlıq yaranıb   

Aktual

19 Fevral 2019, 10:16

Bu dəqiqələrdə müşahidə olunan sıxlıq və tıxac haqqında məlumat açıqlanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, bu dəqiqələrdə aşağıdakı küçə və prospektlərdə sıxlıq səbəbilə nəqliyyatın hərəkətində çətinlik yaranıb:

- Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) sıxlıq;

- Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq;

- Tbilisi prospekti (Hər iki istiqamətdə,20 Yanvar dairəsi və Şəhər istiqamətində) sıxlıq;

- 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq;

- Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) nisbətən sıxlıq;

- Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,20 Yanvar dairəsi istiqamətində) sıxlıq;

- Səməd Vurğun küçəsi (Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişmədən Abbasqulu Ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər) sıxlıq;

- Molla Pənah Vaqif küçəsi sıxlıq;

- Qara Qarayev prospekti (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;

- Heydər Əliyev prospekti - Kənar yol (Heydər Əliyev Mərkəzi istiqamətində) nisbətən sıxlıq.

 

BNA hava şəraitilə əlaqədar olaraq sürücülərə diqqətli olmağı tövsiyə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü