Modern.az

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanıldı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanıldı

Aktual

16 Mart 2019, 10:12

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “İnterpol” xətti ilə axtarışda olan 40 yaşlı Məmmədov Lətif Fərrux oğlu Ukraynada saxlanılıb.

O, Azərbaycana ekstradisiya olunacaq.

Qeyd edək ki, L.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü