Arxiv
18 mart 2019, 21:50 | AKTUAL
Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Martın 17-də İran yol polisi əməkdaşının ər-arvadı döyməsi ilə bağlı video yayılıb.

Modern.az xəbər verir ki, Tehranın Niyayeş magistral yolunda hərəkətdə olan avtomobil polis əməkdaşı tərəfindən saxlanılıb.

 

Polis sürücüyə sürət həddini aşdığını və qanunsuz ötmə əməliyyatı yerinə yetirdiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Polis vətəndaşın etirazına yumruqla cavab verəndən sonra mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə polis sürücünü və onun xanımını yumruqla döyərək, onlara xəsarət yetirib.

 

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilərin kəskin reaksiyası və qəzəbinə səbəb olub. Buna görə bu gün səhər Tehran şəhər Dövlət Yol Polisinin rəisi Məhəmmədrza Mehmandar məsələ ilə bağlı açıqlama verməyə məcbur olub.

 

O, videoda vətəndaşları döyən şəxsin “polis əməkdaşı deyil, polis qüvvələrində xidmət edən əsgər” olduğunu bildirib. Yol Polisi rəisi döyülənlərdən birinin “qadın olmadığını” iddia edib.

 

Məhəmmədrza Mehmandar baş verən hadisəyə görə vətəndaşlardan üzr istəməyib və xuliqanlıq edən “əsgər”in məsuliyyətə cəlb edilməyəcəyini deyib.

 

Qeyd edilir ki, İranda sadə vətəndaşlar tez-tez bələdiyyə və polis işçiləri tərəfindən döyülür. Lakin öz vəzifə səlahiyyətlərindən istifadə edərək xuliqanlıq edən bu şəxslərə qarşı heç bir tədbir görülmür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21